Siniflərə Şəhid adları verilir

          Mayın 14-də 76 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Arifə Quliyevanın təşkilatçılığı ilə  Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı sentyabrın 19-da Xocavənd rayonu ərazisində düşmənin mina terroru nəticəsində şəhidlik zirvəsində ucalan,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan şəhid Məmmədov Rasim Oktay oğlunun xatirəsi anılıb, 1 e sinfinə şəhidin adı verilib.

          Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsindən ibarətdir.

          Tədbirdə məktəbin direktoru Şəfəq İbişova və digər qonaqlar çıxışlarında şəhidlərimzin gələcək nəsillər üçün örnək olduğunu vurğulayaraq  Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

          Şəhid anası Xuraman Məmmədova çıxış edərək  şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.Tədbirin keçirilməsinə görə məktəb rəhbərliyinə təşəkkür edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi