"Heydər Əliyev və müstəqil Azərbaycan”  mövzusunda xüsusi dərs keçirilib

         Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 101 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq mayın 7-də tarix  müəllimi Şirmayıxanım Səfərovanın təşkilatçılığı və 5 d sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan”  mövzusunda xüsusi dərs keçirilib.

         Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.

         Fənn müəllimi tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki müstəsna rolu barədə çıxışlar edilib.

         Daha sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeirlərdən parçalar söylənib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib. Həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi