İbtidai sinif müəllimləri ilə iclas keçirildi
Mayın 3-də Fəaliyyət planına uyğun olaraq məktəbin direktoru Şəfəq İbişova və Təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərmanlının rəhbərliyi ilə ibtidai sinif müəllimləri ilə iclas keçirilib.
İclasda şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsilin keyfiyyətinin artırılması, may ayında keçiriləcək monitorinqlərin yüksək səviyyədə təşkil olunması ilə bağlı müzakirələr aparıldı. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsilin keyfiyyətinin artırılması, uşaqların inkişafı ilə bağlı yeni fikir və ideyalar dinlənildi. Uşaqların inkişafı üçün faydalı olan fikirlərin tətbiqi haqqında qərar qəbul olundu.