Riyaziyyat aylığı çərçivəsində "bilik yarışı" keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq riyaziyyat-informatika aylığı çərçivəsində mayın 1-də Məlahət İsmayılovanın təşkilatçılığı ilə 9-cu sinif şagirdləri arasında bilik yarışı keçirilib.

İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.

Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara izah edilib.

Yarışda 9 a, 9 b, 9 c və 9 ç komandaları iştirak edib. Yarış üç turda keçirilib. Riyaziyyat fənni üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 9 c sinfini təmsil edən komanda qalib olub.

Qalib komanda fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi