Riyaziyyat aylığı çərçivəsində “Ədədi silsilənin ilk n həddi cəmi düsturu” mövzusunda nümunəvi dərs keçirilib

         Məktəbin Fəaliyyət planına uyğun olaraq riyaziyyat-informatika aylığı çərçivəsində aprelin 29-da Məlahət İsmayılovanın təşkilatçılığı ilə 9 c sinfində riyaziyyat fənni üzrə “Ədədi silsilənin ilk n həddi cəmi düsturu” mövzusunda nümunəvi dərs keçirilib.

          Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

          Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər kollektiv formada tapşırıqlar icra ediblər.

          Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi