“Narkomaniyaya yox deyək: sağlam vərdişlər sağlam gələcəyin əsasıdır” mövzusunda tədbir keçirilib

Aprelin 26-da məktəbin fəaliyyət planına uyğun olaraq  IX-XI sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək: sağlam vərdişlər sağlam gələcəyin əsasıdır” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin qarşısının alınmasıdır.

Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Surxay Vəliyev, yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev ,Suraxanı rayonu 30-ci Polis bölməsinin  sahə rəisi  İnal Hüseynəliyev,  Polis İdarəsinin digər əməkdaşları, məktəbin rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru tədbiri giriş sözü ilə açaraq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Çıxış edən polis əməkdaşları “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan qorunmağın yolları və s. barədə ətraflı məlumat verib, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışıblar. Mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.

 Sonda məktəbin direktoru maarifləndirici tədbirdə iştirak edən polis əməkdaşlarına təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi