"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş inşa müsabiqəsi keçirilib
"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin keçirilməsi ilə əlaqədar olaraq aprelin 25-də Azərbaycan dili və ədəbiyyat müəllimi Qəndab Quliyeva təşkilatçılığı ilə "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyini" nə həsr olunmuş inşa müsabiqəsi keçirilib.
Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.