"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş "Bilik yarışı" keçirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin keçirilməsi ilə əlaqədar olaraq aprelin 23-də Yelena Arslanovanın təşkilatçılığı ilə 8 e və 8 f sinif şagirdləri arasında"Bilik yarışı" keçirildi.

Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

Yarışda "Рубин"və "Жемчуг" komandaları iştirak edib. Yarış üç turda keçirilib. "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müsüflər arasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda "Жемчуг" komandası qalib olub.

Qalib komanda hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi