Pedaqoji Şura iclası keçirildi

Aprelin 19-da pedaqoji şuranın növbəti iclası keçirilib. Pedaqoji şuranın sədri Şəfəq İbişova iştirakçıları müzakirə olunacaq məsələlərlə tanış edib.

2023/2024-cü tədris ilinin fevral və mart aylarında pedaqoji kollektiv tərəfindən görülən işlər, I-IV siniflərdə riyaziyyat, informatika və xarici dillərin tədrisinin monitorinqinin nəticələri, məktəb rəhbərliyi tərəfindən ayrı-ayrı fənlər üzrə aparılmış diaqnostik yoxlamaların nəticələri, V-XI siniflərdə ana dili və ədəbiyyat, xarici dillərin tədrisinin monitorinqinin nəticələri, məktəbdənkənar işlərin təşkili və 2023/2024-cü tədris ilinin fevral, mart aylarında müəllim və şagirdlərin nizam- intizam qaydalarının və dərsə davamiyyətinin nəticələri, məktəb invertarlarının qorunmasının monitorinqinin nəticələri və s. məsələlər müzakirə olunub. Eyni zamanda Təhsil müəssisələrində təhlükəsizlik mühitinin yaradılması istiqamətində icra edilmiş tədbirlərlə bağlı hesabatlar dinlənildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi