Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

Aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Azərbaycanda da geniş qeyd olunan bu əlamətdar tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

18.04.2024-cü il tarixdə 76 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Afət Mustafayeva 1 ç sinif şagirdləri ilə birgə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidi, Kiçik Mərdəkan qəsrini ziyarət edilib.

Qəsrlərin hansı məqsədlə tikilməsi, müdafiə xarakterli olması, hansı əsrdə və hansı hökmdarın vaxtında, kim tərəfindən inşa edilməsi barədə şagirdlərə ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi