Şəhid Ələddin Məmmədovun anım günü qeyd olunub

  Aprelin 17-də Tədbirlər planına uyğun olaraq məktəbimizin adını daşıyan I Qarabağ müharibəsinin şəhidi Ələddin Müseyib oğlu Məmmədovun anım günü münasibətilə Afət Mustafayevanın  təşkilatçılığı ilə 1 ç sinif şagirdlərinin iştirakı ilə sinif təşkilat saatı keçirilmişdir.

Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsidir.

Sinif təşkilat saatında  məktəbin  rəhbərliyi, müəllim və şagirdlər, iştirak etmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Şəhidimizin anım günündə şagirdlər şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər, mahnılar söyləyib, səhnəciklər nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi