"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş xüsusi dərs keçirilib

15.04.2024-cü il tarixində Zöhrə Dəmirova 8a sinfinin şagirdləri ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı xüsusi dərs keçirilib.

Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.

Nizami Gəncəvi bütün əsərlərində insanları təbiəti sevməyə və ona qaqayğı göstərməyə çağırıb. Canlı təbiətin qorunması  mövzusu Nizaminin “Yeddi gözəl”, “Xosrov və Şirin”. “Leyli və Məcnun” və digər poemalarında öz əksini tapıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi