May ayında keçiriləcək monitorinq müzakirə olunub
Məlum olduğu kimi, mayın 18-də lV, 19-da VI siniflərdə monitorinqlərin keçirilməsi nəzərdə tutulub.
Monitorinqin çərçivə sənədlərinin həmin fənləri tədris edən fənn müəllimlərinə çatdırılması məqsədilə aprelin 9-da məktəbin direktoru Şəfəq İbişova, direktor müavinləri və fənn müəllimlərinin iştirakı ilə iclas keçirilib.
İclasda çərçivə sənədində verilmiş sual nümunələri müzakirə olunub. Dərslərdə çərçivə sənədində verilmiş tapşırıq nümunələrinə uyğun tapşırıqlardan istifadə olunması tapşırılıb.