“On bir ayın sultanı" başlığı altında sinif təşkilat saatı keçirildi

Aprelin 9-da məktəbin Azərbaycan dili müəllimi Səadət Rəşidovanın təşkilatçılığı və 7 b sinif  şagirdlərinin iştirakı ilə “On bir ayın sultanı" başlığı altında sinif təşkilat saatı keçirildi.

Sinif müəllimi S.Rəşidova İslamda ilin ayları arasında Ramazan ayının ən şəfqətli və müqəddəs ay hesab edildiyini, müqəddəs kitabımız olan Qurani Kərimin bu ayın gecələrinin birində nazil olduğunu qeyd edərək, orucluğun insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrü adlandırdığını bildirdi.

Sonra şagirdlər Ramazan ayına həsr olunmuş bir-birindən maraqlı məlumatlar, şeirlər, səhnəciklər, mahnılar təqdim etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi