“Azərbaycan bayrağı” mövzusunda mühazirə keçirilib
Aprelin 8-də 76 nömrəli məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan bayrağı” mövzusunda mühazirə keçirilib.
Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi tərəfindən keçirilən mühazirələrin əsas məqsədi şagirdlərə dövlət rəmzlərinə hörmət və ehtiram bəsləməyi aşılamaq, məktəblilərin üçrəngli bayrağımızın tarixi barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Muzeyin elmi işçisiləri tərəfindən keçirilən mühazirələrdə VIII sinif şagirdlərinə qədim dövrlərdən ölkəmizdə mövcud olmuş dövlətlərin bayraqları, müasir Azərbaycanın rəsmi dövlət rəmzləri və onlardan istifadə qaydaları, həmçinin Vətən Müharibəsində qazanılan şanlı zəfərdən məlumat verilib.