“Aprel döyüşləri-Tariximizin şanlı səhifəsidir” mövzusunda xüsusi dərs keçirilib

        Məktəbin illik fəaliyyət planına uyğun olaraq aprelin 4-də tarix müəllimi Şirmayıxanım Səfərovanın təşkilatçılığı və 5 d sinif şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri-Tariximizin şanlı səhifəsidir” mövzusunda xüsusi dərs keçirilib.

        Məqsəd 2016-cı il aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinin anılması, ordumuzun qüdrətinin, vətən sevgisinin təbliğidir.

Tədbirdə  qeyd edilib ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazanaraq düşmənin layiqli dərsini verib.

        Həmçinin dördgünlük müharibə barədə, döyüşlər və milli qəhrəmanlarımız haqqında, Aprel döyüşçülərinin xatirəsinə həsr olunmuş videoçarxlar, slaydlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi