"Zərərli oyunların nəticələri !" mövzusunda debat keçirilib
Aprelin 1-də Təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Eyvazovanın təşkilatçılığı ilə 9d və 9e sinif şagirdləri arasında "Zərərli oyunların nəticələri !" mövzusunda debat keçirilib.
Debatın məqsədi şagirdlərin virtual oyunlardan aslılığı və valdeyinlərin buna yanaşması olub.
Uşaqların davamlı virtual oyunlara meyilli olması və zamanla bunun onlarda aslılıq halına çevrilməsi valideynləri narahat edən və cəmiyyətdə daima müzakirə mövzusu olan məsələlərdən biridir.
Şagirdlərə zərərli oyunların insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat verilmiş və onları yaxşı vərdişlər qazanmağa öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.
Tədbirdə mövzu ilə bağlı müzakirələr təşkil olunmuş, şagirdlərin sualları cavablandırılmışdır.