Monitorinq keçirilib
Məktəbin Fəaliyyət planına uyğun olaraq mart ayı xarici dil aylığı çərçivəsində V, VI, VII, VIII, IX, X, XI siniflərində xarici dil fənni üzrə monitorinq keçirilib.
Məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin xarici dil fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, onların humanitar elmlərə marağını artırmaq və yeni biliklər qazandırmaqdır.
Qeyd edək ki, şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıqvə vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Mart ayı məktəbdə xarici dil aylığı elan olunmuşdur.