"Baharın gəlişi" adlı tədbir keçirilib

Martın 11-də tədbirlər planına uyğun olaraq 3 d sinif müəllimi Səbinə Aydəmirovanın təşkilatçılığı ilə "Baharın gəlişi" adlı tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, şəhid ailəsi, valideynlər müəllimlər və şagirdlər iştirak ediblər.

Məqsəd təhsilalanlara mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncəni gücləndirməkdir.

Tədbirdə Şəfəq İbişova  çıxış edərək milli adət-ənənələrimiz və Novruz bayramı haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik şerləri, mahınları səsləndirilib, və rəqslər nümayiş etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi