Aleksandr Sergeyeviç Puşkinin seçilmiş əsərləri müzakirə olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq martın 7-də məktəbin rus dili və ədəbiyyat müəllimi Rəqsanə Tağıyevanın rəhbərliyi ilə 9 f sinif şagirdlərinin iştirakı ilə Aleksandr Sergeyeviç Puşkinin seçilmiş əsərləri müzakirə olunub.
Məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Tədbirdə əsərin mövzusu, ideyası, qoyulan problemlər geniş və hərtərəfli müzakirə edilib. Şagirdlərin fikirləri dinlənilib.