"Sağlam qidalan” mövzusunda sinif təşkilat saatı keçirildi

Mayın 7-də "İdmansevərlər" layihəsi çərçivəsində məktəbin 2 b sinif müəllimi Təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərmanlının və 3 a sinif müəllimi Leyla İbrahimovanın təşkilatçılığı ilə “Sağlam qidalan” mövzusunda sinif təşkilat saatı keçirildi.

Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.

Orqanizmin sağlamlığında məhz düzgün qidalanmanın vacib şərt olduğu vurğulanıb və uşaqların qidalanmasında vacib məqamlar, qeyri-sağlam qidalar haqda, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi və s. müzakirə edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi