"İdman həftəsi" layihəsi çərçivəsində voleybol yarışı keçirildi
Martın 6-da idman həftəsi çərçivəsində fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı və VII, VIII, XI sinif şagirdlərinin iştirakı ilə voleybol yarışı keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış şagirdlərin marağına səbəb olub. Sonda 7 e və 11 b sinfləri təmsil edən komandalar qalib olub.