"İdman həftəsi" layihəsi çərçivəsində sinif təşkilat saatları keçirildi
Martın 5-də idman həftəsi çərçivəsində 3 d sinif müəllimi Səbinə Aydəmirova və 4 e sinif müəllimi Əminə Nəzərlinin təşkilatçılığı ilə "İdman həftəsi" layihəsinə həsr olunmuş sinif təşkilat saatları keçirildi.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.