"İdman həftəsi" layihəsi çərçivəsində "Şən startlar" estafet yarışı keçirildi
Martın 5-də idman həftəsi çərçivəsində ibtidai sinif müəllimi Afət Mustafayevin təşkilatçılığı ilə 1 ç sinif şagirdləri və valideyinlərin iştirakı ilə "Şən startlar" estafet yarışı keçirildi.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış şagirdlərin və valideyinlərin marağına səbəb olub. Yarışda üç komanda iştirak edib. Sonunda qalib komanda Fəxri fərmanla təltif olunub.