"İdman həftəsi" layihəsi çərçivəsində "Ən sürətli şagird" qaçış yarışı keçirildi

Martın 5-də idman həftəsi çərçivəsində fiziki tərbiyə müəllimləri Elnur Əliyev, Sərcan Cəlilov və Vidadi Mahmudovun təşkilatçılığı ilə IV, VII, VIII, IX sinif şagirdlərinin iştirakı ilə 60, 30 metr məsafədə "Ən sürətli şagird" qaçış yarışı keçirildi.

Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.

 Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış şagirdlərin marağına səbəb olub. Sonda 4 ə, 7e, 8a, 9ç, sinfləri təmsil edən komandalar qalib olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi