Heydər Əliyev Mərkəzinə ekskursiya
Martın 1-də İncili Bayramovanın rəhbərliyi ilə 4 a sinif şagirdləri Suraxanı Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Məqsəd Ümummilli Liderin xatirəsini əbədiləşdirmək, Azərbaycançılıq məfkurəsinin geniş təbliği və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Mərkəzi ziyarətə gələn şagirdlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi, Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlarla, mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Mərkəz haqqında ətraflı məlumatlandırılıblar.