“Mülki müdafiə” planı əsasında açıq dərslər keçirilib

Məktəbin Fəaliyyət planına və mülki müdafiə haqqında tədbirlər planına uyğun olaraq martın 1-də məktəbdə “Mülki müdafiə” günü çərçivəsində 2, 5 və 6-cı siniflərdə açıq dərslər keçirilib.

Məqsəd şagirdlərin yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə kömək göstərilməsidir.

 Məktəbin mülki müdafiə üzrə rəhbərləri və sinif rəhbərləri agirdlərə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi