“Yaxşılıq" mövzusunda nümunəvi dərs keçirilib
Məktəbin Fəaliyyət planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində fevralın 29-da Aysel Seyidovanın təşkilatçılığı ilə 2 ə sinfində Azərbaycan dili fənni üzrə “Yaxşılıq" mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər kollektiv formada tapşırıqlar icra ediblər.
Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.