Oxu sürəti texnikası yoxlanılıb

Məktəbin fəaliyyət planına uyğun olaraq Fevralın 27-də Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində təlim-tərbiyə işləri üzrə direktor müavininləri Aidə Eyvazova və Bahar Həsənovanın iştirakı ilə 5-ci sinif şagirdlərinin oxu sürəti texnikası yoxlanılıb.

Məqsəd şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu bacarıqlarının öyrənilməsi və qiymətləndirilməsi, nəticəsi zəif olan şagirdlərlə aparılacaq metodiki işin istiqamətlərini müəyyənləşdirməkdir.

Hər bir şagirdə bir dəqiqə vaxt ərzində oxuduğu sözlərin sayına görə qiymət verilib. Yoxlama yekunlaşdıqdan sonra nəticələr məktəb rəhbərliyi, metodbirləşmə rəhbərliyi və sinif müəllimlərinin iştirakı ilə müzakirə olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi