Monitorinq keçirilib
Fevralın 27-də məktəbin Fəaliyyət planına uyğun olaraq dil-ədəbiyyat aylığı çərçivəsində V, VI, VII, VIII, IX, X, XI siniflərində Azərbaycan dili və rus dili fənni üzrə monitorinq keçirilib.
Məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin Ana dili fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, onların humanitar elmlərə marağını artırmaq və yeni biliklər qazandırmaqdır.
Qeyd edək ki, şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıqvə vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə dil-ədəbiyyat aylığı elan olunmuşdur.