Memorial Soyqırım Muzeyi ziyarət olunub

           Məktəbin illik Fəaliyyət planına  uyğun olaraq fevralın 24-də tarix müəllimi Nigar Bayramovanın təşkilatçılığı ilə 5 e sinif şagirdləri Xocalı soyqrımının 32-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırım Muzeyini ziyarət ediblər.

           Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir. 

           Şagirdlər "Memorial Soyqırım muzeyində  Xocalı Soyqırımı barəsində, unudulmaz "Milli Qəhrəman" Mübariz İbrahimov haqqında qısametrajlı sənədli film də izləyiblər. Daha sonra məktəblilər muzeyin əməkdaşı tərəfindən, eksponatlar vasitəsilə tarixi həqiqətlər haqqında məlumatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi