"Əsirin faciəsi" mövzusunda xüsusi dərslər keçirilib
Məktəbin fəaliyyət planına uyğun olaraq fevralın 23-də Şirmayıxanım Səfərovanın təşkilatçılığı ilə 5d sinfində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Əsirin faciəsi" mövzusunda xüsusi dərs keçirilib.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığınlın formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir.
Sinif rəhbəri tərəfindən ermənilərin törətdiyi dəhşətlər, onların insanlığa sığmayan əməlləri, ana-bacılarımızın, körpə və qocaların, ümumilikdə bütün xalqımızın başına açdıqları müsibətlər barədə geniş danışılıb. Daha sonra şagirdlər tərəfindən Xocalıya aid şeir parçaları söylənilib, hazırlanmış səhnəciklər və slaydlara nümayiş etdirilib.
Xocalı faciəsindən bəhs edən videoçarxlar vasitəsilə erməni işğalçılarının dinc əhaliyə qarşı törətdiyi insanlığa sığmayan vəhşiliklər nümayiş etdirilib.