Şəhidin xatirəsi anılıb

Fevralın 22-də 76 nömrəli tam orta məktəbdə Azərbaycan dili müəllimi Fidan Hüseynovanın təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasına xidmətdə xüsusi qəhramanlıq göstərmiş Tibb xidməti Leytenatı “Azərbaycan bayrağı” ordeninə, “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə”  medal, "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülən şəhid Xəlilbəyli Turqut Nadir oğlunun xatirəsi anılıb, 6 ə sinfinə şəhidin adı verilib.

 Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsindən ibarətdir.

Tədbirdə məktəbin direktoru Şəfəq İbişova və digər qonaqlar çıxışlarında şəhidlərimzin gələcək nəsillər üçün örnək olduğunu vurğulayaraq  Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Şəhid anası Almaz Hüseynova çıxış edərək  şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.Tədbirin keçirilməsinə görə məktəb rəhbərliyinə təşəkkür edib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi