Qılman İlkinin "İntiqam" əsəri müzakirə olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq fevralın 20-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Məmmədovanın rəhbərliyi ilə 9 c və 10 a sinif şagirdlərinin iştirakı ilə Qılman İlkinin "İntiqam" əsəri müzakirə olunub.
Məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Tədbirdə əsərin mövzusu, ideyası, qoyulan problemlər geniş və hərtərəfli müzakirə edilib. Şagirdlərin fikirləri dinlənilib.