Şəhidimiz doğum günündə yad olundu

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.

Tədbirlər planına uyğun olaraq Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidlərimizdən biri məktəbimizin şəhid məzunu Muhammad Eissavinin doğum günü münasibətilə 18 fevral tarixində Şəhidin adını daşıyan 9 d sinif şagirdləri Hövsan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi