“Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirilib

Fevralın 16-da “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirilib.

Məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsidir.

Məktəb rəhbərliyi valideynləri salamlayıb və onları görüşün proqramı ilə tanış edib. Daha sonra valideynlər məktəb mühiti ilə tanış olublar. Onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib.

Dərs müşahidələrindən sonra akt zalında seminar keçirilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüş ədəbi-bədii kompozisiyanın nümayiş etdirilməsi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi