Rəqəmsal summativ qiymətləndirmələr keçirilir
Məktəbin Fəaliyyət planına müvafiq olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə I yarımil üçün Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə başlanılmışdır. Xüsusi qrafik əsasında müəyyən olunmuş siniflərdə qiymətləndirmə Microsoft TEAMS proqramı vasitəsilə təşkil olunur. V-VI siniflərdə tədris dili, Riyaziyyat və xarici dil fənləri üzrə Böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilir.