Şəhidlər Xiyabanı ziyarət olunub

Məktəbin illik Fəaliyyət planına  uyğun olaraq yanvarın 18-də ibtidai sinif müəllimləri Amaliya Eyyubova, Minacat Salmanova, Türkan Paşayeva, Leyla Fətəliyeva, Aynur Şahbazova və Olqa Şahvələdovanın təşkilatçılığı ilə 2 b, 2 ç, 2 e, 2 ə, 3 e, 4 e sinif şagirdləri və valideynləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər.

Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir. 

Şagirdlər şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər. Vətən fədailərinin ruhları hörmət və ehtiramla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi