"Kimyəvi təcrübələr aləminə səyahət" mövzusunda əyləncəli tədbir keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq kimya biologiya aylığı çərçivəsində yanvarın 16-da məktəbin kimya müəllimi Yeganə Hüseynovanın təşkilatçılığı ilə X sinif şagirdləri tərəfindən məktəbin akt zalında "Kimyəvi təcrübələr aləminə səyahət" mövzusunda əyləncəli tədbir keçirilib. Layihə şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə şagirdlərin hazırladığı kimya təcrübələri nümayiş olundu. Məqsəd şagirdlərin daha praktik biliklərə yiyələnməsi, kimya fənninə marağın artırılması, şagirdlərin gündəlik həyatda rast gəldikləri hadisələri sərbəst təhlil etmə bacarıqlarının formalaşması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi