“Dilimizi qoruyaq” şüarı altında tədbir keçirildi

Məktəbin İllik Fəaliyyət Planına əsasən yanvarın 12-də ədəbiyyat müəllimi Qəndab Quliyevanın təşkilatçılığı ilə "Dilimizi qoruyaq” şüarı altında tədbir keçirilib.

Tədbirin qonağı bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov oldu. Ağalar Bayramov müxtəlif şeirlər səsləndirdi. Mötəbər qonağımız əldə etdiyi uğurlara görə kitaba, mütaliə etdiyi əsərlərə borclu olduğunu vurğuladı.

 Tədbirdə eyni zamanda məktəbimizin direktoru Şəfəq İbişova və şəhid ailələri iştirak etdilər. Sonda çıxış edən məktəbimizin direktoru Şəfəq İbişova şagirdlərdə mütaliəyə marağın artırılmasında bu cür tədbirlərin böyük rolu olduğunu vurğuladı və bu tədbirdə iştirak dəvətini qəbul edib gələn dəyərli qonağımız Ağalar Bayramov və şəhid ailələrinə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi