Şəhidimiz doğum günündə yad olundu
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda Vətən müharibəsində gedən döyüşlərdə canından keçərək şəhadətə yüksələn qəhrəman oğullarımızdan biri leytenant Yusubov Elzar Süleyman oğlunun doğum günü münasibətilə Samirə Əliyevanın təşkilatçılığı ilə 2 c sinif şagirdlərinin iştirakı ilə sinif təşkilat saatı keçirilmişdir.
Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan sinif təşkilat saatında məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etmişdir. Məktəbin direktoru Şəfəq İbişova və Elzar Yusubovun müəllimləri, onun keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyi ilə gənclərə örnək olduğunu bildiriblər.
Şagirdlərin təqdimatında Şəhidimiz Elzar Yusubovun keçdiyi şərəfli ömür yolundan bəhs edilərək onun xatirəsi ehtiramla yad edilib, göstərdiyi şücaət və vətənpərvərliyin hər zaman gənc nəsil üçün nümunə olacağı diqqətə çatdırılıb.