Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş dəyirmi masa keçirildi

Dekabrın 30-da tarix müəllimi Şirmaixanım Səfərovanın təşkilatçılığı və 5 d sinif şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş dəyirmi masa keçirildi.

Tədbirin keçirilməsində məqsəd Azərbaycançılıq məfkurəsinin təbliği, tariximizin şanlı səhifələri haqqında şagirdlərin maarifləndirilməsi, şagirdlərdə vətənpərvərlik hissini alovlandırmaq, milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirmək olub.

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Dövlət himni səsləndikdən sonra Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Məktəbin şagirdləri Dünya azərbaycanlılarının Həmrəylik gününə, Azərbaycana, yeni ilə həsr olunmuş şerlər söylədilər. Şagirdlər dünya xalqlarının rəqslərini hər bir xalqın öz milli geyimlərində təqdim etdilər. Ədəbi-bədii kompizisiya nümayiş olundu. Məktəbin direktoru Şəfəq ibişova çıxış edərək Həmrəylik gününün əhəmiyyəti haqqında məlumat verdi, tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi