Dünya Azərbaycanlılarının Milli Həmrəylik günü münasibəti ilə ədəbi-bədii gecə keçirilib

Məktəbin İllik Fəaliyyət Planına əsasən dekabrın 29-da ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirin keçirilməsində məqsəd Azərbaycançılıq məfkurəsinin təbliği, tariximizin şanlı səhifələri haqqında şagirdlərin maarifləndirilməsi, şagirdlərdə vətənpərvərlik hissini alovlandırmaq, milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirmək olub.

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Dövlət himni səsləndikdən sonra Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş videoçarx nümayiş olunub. Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verilib. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik şerləri və mahınları səsləndirilib, səhnəcik və rəqslər nümayiş etdirilib.

Ulu Öndərin uğurlu siyasəti nəticəsində xaricdə yaşayan Azərbaycanlılarla əlaqələrin qurulması, diasporanin yaranması həmvətənlərimiz arasında qırılmaz bağlar yaratmağa xidmət edir. Eyni zamandan diqqətə çatdırılmışdır ki,  müzəffər ali baş komandan İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi ölkəmizin daha da güclənməsinə, günü gündən tərəqqisinə yol açır. Daha sonda məktəbimizin direktoru Şəfəq İbişova çıxış edərək tədbir iştirakçılarını “31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü” münasibəti ilə təbrik edərək pedaqoji kollektivin üzvlərinə, valideynlərə və şagirdlərə xoş arzularını bildirdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi