"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" nə həsr olunmuş "Şən startlar " idman yarışı keçirildi
Məktəbin İllik Fəaliyyət Planına əsasən dekabrın 28-də fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı və V sinif şagirdlərinin iştirakı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" nə həsr olunmuş "şən startlar" yarışı keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış şagirdlərin marağına səbəb olub. Yarışda dörd komanda iştirak edib. Sonunda 5 ə sinfi qalib olub. Qalib komanda Fəxri fərman və kubokla təltif olunub.