“Təbiəti qoruyaq” layihəsi mövzusunda açıq havada təqdimat keçirilib

Dekabrın 27-də ibtidai sinif müəllimləri Amalya Eyyubova, Samirə Əliyeva, Minacat Salmanova, Ramilə Nağıyeva, Türkan Paşayeva, Leyla Fətəliyeva, Aynur Şahbazova və Aynur Hacıyevanın təşkilatçılığı ilə 2 b, 2 c, 2 ç, 2 d, 2 e, 2 ə, 3 e, 4 f sinif şagirdləri tərəfindən “Təbiəti qoruyaq” layihəsi mövzusunda açıq havada təqdimat keçirilib.

Şagirdlər təbiətdə baş verən mövsüm dəyişiklikləri haqqında fikir mübadiləsi aparıb, məktəbin həyətinə çıxaraq təmizlik işləri görüb, ağacların dibləri belləyib, və məktəbin həyətində yeni ağaclar, güllər əkib, suvarma işləri görüblər. Boya ilə səkiləri və ağacları rəngləyiblər.

Sonda isə müəllimlər şagirdlərə təbiətin qorunması, bitki və heyvanlar aləmi haqqında məlumat veriblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi