“Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda marifləndirici söhbətlər aparılıb
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq dekabrın 25-də məktəbin idman müəllimi Vidadi Mahmudovun təşkilatçılığı və 8-ci sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda marifləndirici söhbətlər aparılıb.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Fənn müəllimi tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki müstəsna rolu barədə çıxışlar edilib.
Şagirdlər Ulu Öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi qayğı barədə məlumatlandırılıb, Ulu Öndərin bu sahəyə diqqətini əks etdirən videoçarxlar nümayiş etdirilib.