“Mifik obrazlar” mövzusunda nümunəvi dərs keçirilib
Məktəbin Fəaliyyət Planına uyğun olaraq ibtidai siniflər aylığı çərçivəsində dekabrın 19-da Alidə Qarayevanın rəhbərliyi ilə 4b sinfində Azərbaycan dili fənni üzrə "Mifik obrazlar" mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Müəllim nümunələr söyləməklə, şəkillərini nümayiş etdirməklə hər bir xalqa mənsub mifik qəhrəmanlar haqqında məlumat verib, bu obrazların yaranma səbəblərini izah edib. Şagirdlər mövzu haqqında öz mövqelərini bildirib, arqumentlər gətirməklə fikirlərini əsaslandırıblar. Dərsdə səhnələşdirmə üsulundan istifadə edilib.