Şahmat yarışı keçirilib
Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq dekabrın 14-də məktəbin fiziki tərbiyə müəllimi Vidadi Mahmudovun təşkilatçılığı ilə IV, VII və IX sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş şahmat yarışı keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafından ibarətdir.