İbtidai siniflərdə nümunəvi dərslərin keçirilməsi davam edir

Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq ibtidai siniflər aylığı çərçivəsində nümunəvi dərslərin keçirilməsi davam edir. Həftə ərzində 1 e, 1 ə, 2 c, 2 ç, 2 d siniflərində nümunəvi dərslər keçirilib.

Məqsəd müvafiq fənlər üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Fənn müəllimləri tərəfindən dərslərdə elektron resurslardan  və əyanilikdən geniş istifadə edilib, slaydlar vasitəsilə fənlərarası inteqrasiya yaradılıb. Şagirdlər  müxtəlif iş formalarından istifadə edərək tədqiqatlar aparıb, tapşırıqları müzakirə edib, nəticələri təqdim ediblər.

Nümunəvi  dərslərdə şagird fəallığı təmin edilib.   Dərslərdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Nəticələr müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi