“Şərəfli ömür yolu” mövzusunda xüsusi dərs keçirilib

Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq dekabrın 11-də tarix müəllimi Şirmayıxanım Səfərovanın təşkilatçılığı və 8 e sinif şagirdlərinin iştirakı ilə “Şərəfli ömür yolu” mövzusunda xüsusi dərs keçirilib

Məqsəd Ümummilli Liderin xatirəsini əbədiləşdirmək, Azərbaycançılıq məfkurəsinin geniş təbliği və şagirdlərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.

Tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki, Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi